Sayta əlavə et

Sillənin qiyməti bir dinardır

yüklənir...

Bir dəfə bir nəfər Mollaya sataşmaq bəhanəsi ilə qəfildən gəlib mollaya bir sillə vurur.Mollanın bərk acıqlandığını görcək: "Bağışla səni yaxın dostuma oxşatdım".Molla dərhal yaxında olan gözətçilərə həmin adamı tutub qazının yanına aparılmasını tələb edir. Özü də onlarla bərabər qazının yanına gedib şikayət eləyib təzminat istəyir. Təsadüfən həmin adam qazının qohumu çixir və mollanı bir təhər sakitləşdirmək üçün deyir:"Qanunda belə yazılıb ki əgər bir adam sənə sillə vurarsa onda həmin şəxsə bir sillə cavab olaraq vurmaqla əvəzini çıxmaq olar.Molla sən də əvəzində ona bir sillə vur barış getsin!" Molla razı olmur. "Onda qanunda belə bir maddə də var ki,əgər sənə kimsə bir sillə vurubsa onda həmin şəxsdən 1 dinar alıb şikayəti geri götürmək olar!"
Molla bu şərtlə razı olur. Amma sillə vuran deyir ki,mənim pulum yoxdur.
Qazı ona göz-qaş edib deyir ki,"Yoxdursa  get evdən bir dinar götür gəl və şikayətçini razı sal!"
Sillə vurana da elə bu söz lazım idi,aradan çıxaraq əkilir.
Bəli,molla qazının yanında bir saat gözləyir, iki,üç,dörd saat gözləyir,axşam düşür, qazı durub getmək istəyəndə molla soruşur;"Bəs mənim pulumu nə vaxt gətirəcəklər?" Qazı da deyir ki:"Ay kişi ,görünür pulu tapa bilməyib də, yeməyəcək ki pulunu,sabah gətirər yəqin!"
Molla aldadıldığını başa düşüb deyir:"Qazı sağ olsun, bu doğrudurmu ki,qanunda bir sillənin qiyməti bir dinar yazılb?"
"Əlbəttə doğrudur!Mən boyda qazı sənə yalan danışmayacağam ki!"
Bunu eşidən molla durur,qazıya bir yağlı sillə çəkir və deyir:"Qazı sağ olsun!Mənim sabah gəlməyə vaxtım olmayacaq, həmin adam mənim dinarımı sabah gətirsə alıb cibinə qoyarsan raşot olarıq,salamat qal!" 

Hamısı
Lətifələr +
Aforizmlər +
Fəal istifadəçilər +