Sayta əlavə et

Heç olmasa doqquz manatı ver

yüklənir...

Bir gün gün molla yatıb yuxusunda görür ki ,tanımadığı bir adam onun yanına gəlib deyir:"Molla mənim atam sağlığında sənə on manat borclu olub,öləndə mənə vəsiyyət edib deyib ki,harda olursa olsun səni tapıb 10 manatı geri qaytarım.Mən də xeyli əziyər çəkib qəpik-qəpik toplayıb cəmisi doqquz manat yığa bilmişəm, xahiş edirəm ki bu doğğuz manatı qəbul edəsən,halallıq verəsən,bir manat çatmadığına görə  və bu qədər pulu gecikdirdiyimə görə məni bağışlayasan"
"Yooox!Əvvəlcə on manatı qaytar!"-deyə molla etiraz edir.
Borclu nə qədər yalvarırsa molla dediyindən dönmür ki dönmür.Bu zaman molla qəfildən yuxudan ayılır və gördüyü şeyin yalnız yuxu olduğunu başa düşür.Tez gözünü yumub əlini uzadır deyir:"Getmə,getmə! Cəhənnəmə olsun bir manat,heç olmasa doqquz manatı ver!"

Buna bənzər lətifələr

Hamısı
Lətifələr +
Aforizmlər +
Fəal istifadəçilər +